Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən həyata keçirilmiş iki mərhələli auditin nəticələrinə əsasən “Aqrar Tədarük və Təchizat” ASC-nin ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” beynəlxalq standartının tələblərinə uyğunluğu təsdiq edilib.
ISO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı rəsmi qaydada AZSTAND tərəfindən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadəyə təqdim edilib.
Qeyd edək ki, audit nəticələri əsasında dövlət büdcəsi vəsaitləri hesabına ərzaq məhsullarının mərkəzləşdirilmiş satınalınmasının təmin edilməsi, yarmarkaların təşkili xidmətləri, eləcə də aqrar sahədə layihələrin icrasının ISO 9001:2015 standartının tələblərinə cavab verdiyi müəyyən edilib. Beləliklə, ASC-nin fəaliyyəti yenilənmə və təkmilləşdirmə prosesi çərçivəsində beynəlxalq keyfiyyət standartlarına uyğun təşkil edildiyindən sertifikatlaşdırılıb.
Qeyd: Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı ISO 9001:2015 standartı üzrə Türkiyə Akkreditasiya Agentliyi (TürkAK) tərəfindən akkreditasiya olunub.


