Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin əməkdaşları 24 yanvar 2022-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Hökumətinin ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə potensialının gücləndirilməsi” layihəsi çərçivəsində videokonfrans formatında keçirilmiş «Məhsulların Təhlükəsizliyi üzrə Aİ-nin Uyğunlaşdırılmış Qanunvericilik Sistemi» mövzusuna dair seminarda iştirak etmişdirlər.
Təlim çərçivəsində “Aİ-yə uyğunlaşdırma qanunvericiliyi (Yeni yanaşma) və Yeni Qanunvericilik”, “Uyğunluğun Qiymətləndirilməsi və Uyğunluğun Qiymətləndirilməsi Orqanları”, “Tənzimlə sahədə akkreditasiya” və “Bazar nəzarəti” mövzuları ilə bağlı geniş müzakirələr edilmişdir.