ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi yekunlaşıb
26 Oktyabr, 2022

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Tvinninq layihəsinin yekun konfransı keçirilib.

Layihə Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi, eləcə də İspaniya, İsveç və Almaniya Standartlaşdırma İnstitutlarının dəstəyi ilə reallaşdırılıb. Layihə üzrə əsas benefisiar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutudur (AzStand).

Konfransda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Keyfiyyət sahəsində görülən işlərdən danışan Xidmət rəisi layihənin standartlaşdırma sahəsinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson və digərləri çıxışlarında layihənin uğurlu icrasını qeyd ediblər.

Layihənin icrası ərzində 25-dən çox beynəlxalq ekspert tərəfindən keçirilən seminarda 200-ə yaxın yerli mütəxəssis iştirak edib. Layihənin əsas məqsədi Azərbaycanda standartlaşdırma sisteminin təkmilləşdirilməsi, Azərbaycan Standartlaşdırma İnstitutunun hüquqi, maliyyə mexanizmlərinin və rəqəmsal transformasiyasının gücləndirilməsidir.

Konfransda milli standartlaşdırma strategiyası, standartlaşdırma üzrə institusional yol xəritəsi, texniki tənzimləmə və bazara nəzarət mexanizimləri, texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər üzrə əldə edilmiş nəticələrin yekunu və gələcək fəaliyyət istiqamətləri barədə çıxışlar edilib və təqdimatlar keçirilib.

 

 

 

 

 

Tarix:

26 Oktyabr, 2022