ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Avtomobillərin eyniləşdirilmə nömrəsinə (VİN) və istehsalçının beynəlxalq eyniləşdirmə (WMI) koduna dair yeni dövlət standartları təsdiq edilmişdir.
29 Dekabr, 2020

Yol nəqliyyatı vasitələrinin ümumdünya miqyasında rəqəmsal unifikasiya sisteminin müəyyənləşdirilməsi məqsədi ilə AZS ISO 3779:2020  “Yol nəqliyyatı - Avtomobillərin eyniləşdirilmə nömrəsi (VİN) -  Tərkibi və strukturu.” və AZS ISO 3780:2020  “Yol nəqliyyatı – İstehsalçının beynəlxalq eyniləşdirmə (WMI) kodu” dövlət standartlarının layihələri “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) tərəfindən işlənib hazırlanmışdır. Dövlət standartının layihəsi müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır.

AZS ISO 3779:2020  “Yol nəqliyyatı - Avtomobillərin eyniləşdirilmə nömrəsi (VİN) -  Tərkibi və strukturu.” və AZS ISO 3780:2020  “Yol nəqliyyatı – İstehsalçının beynəlxalq eyniləşdirmə (WMI) kodu” dövlət standartları Azərbaycan Standartlaşdırma İnstitutunun 202323400087 saylı 28 dekabr 2020-ci il tarixli əmri ilə təsdiq edilmişdir.

Tarix:

29 Dekabr, 2020