ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) informasiya təhlükəsizliyinin idarəedilməsi mövzusunda təlim keçirilib
18 Aprel, 2023

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İT mərkəzinin əməkdaşları üçün informasiya təhlükəsizliyinin idarəedilməsi mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim ADNSU və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında bağlanan əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.  
Təlimdə AZS ISO IEC 27001:2022 “İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və məxfiliyin qorunması - İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri - Tələblər” dövlət standartının strukturu və əsas prinsipləri haqqında geniş məlumat verilib. 
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tarix:

18 Aprel, 2023