Aprelin 10-da Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihazqayırma” kafedrasının tələbələri üçün keyfiyyət infrastrukturu və keyfiyyətin idarəedilməsi mövzusunda təlim keçirilib. Təlim ADNSU ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.
Görüş zamanı tələbələrə ölkənin keyfiyyət infrastrukturu, AZS ISO 9001:2021 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” dövlət standartı, keyfiyyətin idarəedilməsinin əsas prinsipləri haqqında geniş məlumat verilib.
Təlimin sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.