ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) standartlaşdırma və sertifikatlaşdırma mövzusunda təlim keçirilib
2 Dekabr, 2022

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (Azstand) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Cihazqayırma” kafedrasının tələbə və müəllim heyəti üçün standartlaşdırma və sertifikatlaşdırma mövzusunda təlim keçirilib.

Təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında bağlanmış əməkdaşlıq memorandomu çərçivəsində baş tutub.

Təlim çərçivəsində Azstand-ın fəaliyyəti, ölkənin milli standartlaşdırma sistemi, sertifikatlaşdırma fəaliyyəti, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib.

 

 

 

Tarix:

2 Dekabr, 2022