ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutuna idarəetmə üzrə uyğunluq sertifikatları təqdim olunub.
23 Avqust, 2024

  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmə prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərin davamı olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” və AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” mövzusunda təlimlər təşkil edilib.

Təlimlərin keçirilməsində əsas məqsəd İnstitut tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istifadə olunan resursların optimallaşdırılması, səmərəliliyin və vətəndaş məmnunluğunun artırılmasıdır.

Qeyd edək ki, AZS ISO 9001:2020, AZS ISO 45001:2021 və AZS ISO 14001:2021 beynəlxalq standartları ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və sınaq işlərinin aparılması xidmətlərində tətbiq olunacaq.

Həyata keçirilən təlimlərin və auditin yekununda AZSTANDART-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı tərəfindən təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.

 

Tarix:

23 Avqust, 2024