ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikasının Dövlət Bayrağına dair dövlət standartı yeniləndi.
6 Noyabr, 2023

Məlum olduğu kimi Azərbaycan Respublikasının Dövlət Bayrağının ümumi, rəngli və sxematik təsviri, habelə ölçülərinə dair tələblər “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə tənzimlənir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən bir sıra qabaqcıl ölkələrin xüsusilə Türkiyə, ABŞ, Böyük Britaniya təcrübələri əsas götürülməklə mövcud AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı yenilənərək AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib. 

Standart bayrağın istehsalı və ya hazırlanması zamanı istifadə olunan parçaların, kağızların və digər elastik materialların keyfiyyətinə dair texniki tələbləri, habelə bayrağın sınaq üsulları, markalanması, saxlanılması, daşınması və s. kimi tələbləri özündə əks etdirir.

Standartda sözügedən tələblərlə yanaşı, bayrağın utilizasiyasına dair tələblər də mövcuddur. Belə ki, bayraq istifadəyə yararsız olduğu hallarda dəyişdirilməlidir. Yararsız olsa belə, dövlət rəmzi sayılan bayraq zibil qutusuna atıla bilməz. Dövlət Bayrağı cırıldıqda, söküldükdə, rəngi solduqda və  istifadəyə yararlı vəziyyətdə olmadıqda, yararsız hala düşmüş bayrağın qanunvericiliyin tələbləri pozulmadan utilizasiyası zamanı ona ehtiram göstərməklə rənginə görə üç bərabər zolağa kəsilməli,  qırmızı zolaq dörd hissəyə kəsilməklə bayrağa bənzəməyən zolaqlar utilizasiya edilməlidir
 

 

Tarix:

6 Noyabr, 2023