ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sisteminin əsasını təşkil edən yeni standartlar qəbul edilib
5 May, 2022

Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sisteminin əsasını təşkil edən AZS 1.0:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar” və  AZS 1.2:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Azərbaycan Respublikasının dövlət standartlarının işlənmə qaydaları” dövlət standartları qəbul edilmişdir.

Standart layihələri standartlaşdırma sahəsində beynəlxalq tələblər, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələri nəzərə alınmaqla işlənib hazırlanıb, “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitədə (AZSTAND/TK 37) müzakirə edilib və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sisteminin əsasını təşkil edən dövlət standartları 1996-cı ildə hazırlanmışdı və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu, sahə üzrə qüvvədə olan müvafiq normativ hüquqi aktların və müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün həmin normativ sənədlərin yenidən işlənib hazırlanmasına zərurət yaranmışdır.

Yeni qəbul edilmiş əsasverici standartlar ölkəmizdə dövlət standartlarının, o cümlədən ilkin dövlət standartlarının hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişikliklər edilməsi və nəşri qaydalarını tənzimləyir.

Əsasverici standartların qəbul edilməsi nəticəsində sahibkarlar, dövlət qurumları və digər maraqlı tərəflər üçün standartlaşdırma sahəsində normativ sənədlərin beynəlxalq təcrübə və normalara uyğun işlənib hazırlanmasına imkan yaranacaqdır.

 

Tarix:

5 May, 2022