Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsi üzrə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyətinin Almaniyaya təşkil edilmiş səfəri çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Alman Akkreditasiya Qurumu (DAkkS) arasında görüş keçirilib.
AZSTAND-ın nümayəndə heyəti DAkkS-ın funksiyası və strukturu, Keyfiyyət infrastrukturu: standartlaşdırmanın, akkreditasiyanın, uyğunluq qiymətləndirilməsinın qarşılıqlı təsiri, akkreditasiya və uyğunluq qiymətləndirilməsi kontekstində standartlarla tanış olublar.
Görüş çərçivəsində AZSTAND-ın idarəetmə sistəmləri və labortaroyalarının DAkkS-da akkreditasiya üzrə müzakirələr aparılmışdır.