ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Litva Standartlaşdırma Qurumu (LST) arasında görüş keçirilmişdir
22 Aprel, 2022

Cari ilin 19 aprel tarixində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Litva Standartlaşdırma Qurumu (LST) arasında video konfrans formatında görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycanın standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsilçiliyinin aktivləşdirilməsi, beynəlxalq standartlaşdırma sisteminə integrasiyasının sürətləndirilməsi, milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə Litva təcrübəsi barədə geniş müzakirələr aparılmışdır.

Görüşun sonunda iki qurum arasında əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə anlaşma memorandumunun imzalanması ilə bağlı ilkin razılıq əldə edilmişdir.

 

Tarix:

22 Aprel, 2022