İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunu (AZSTAND) və Rusiya Standartlaşdırma İnstitutunu (РСТ) arasında onlayn görüş keçirilib.
Tərəflər texniki reqlamentlərin hazırlanması və qəbulu prosedurları, texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi, standartlaşdırma üzrə işlərin maliyyələşdirilməsinə dair müzakirələr aparıb.
Görüşdə əsas məqsəd qurumla Rusiya Standartlaşdırma İnstitutu arasında təcrübə mübadiləsi həyata keçirmək olub.