Cari ilin 3-5 oktyabr tarixlərində Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyevin Serbiyanın Belqrad şəhərinə işgüzar səfəri çərçivəsində Serbiya Standartlaşdırma İnstitutunda “Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Serbiya Standartlaşdırma İnstitutu (İSS) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilmişdir.
Anlaşma Memorandumu standartlaşdırma sahəsində təcrübənin öyrənilməsi məqsədilə ekspert və ixtisaslı kadrların qarşılıqlı səfərlərinin təşkili, ortaq layihələrdə iştirakının təşviqi, birgə seminar, konfrans və təlimlərin keçirilməsi, həmçinin normativ hüquqi sənədlərin, milli standartlar, milli standartlar kataloqları və digər dövri mətbu nəşrlər mübadiləsi kimi tərəflər üçün maraq doğuran məsələləri əhatə edir.
Mərasimdə Baş direktor Namiq Tağıyev və İSS-nin direktoru Tatyana Bojanic Anlaşma Memorandumunun tərəflər arasında əməkdaşlığın inkişafı və praktiki cəhətdən də ikitərəfli əlaqələrin genişlənməsinə böyük töhfə verəcəyinə inam ifadə etmişlər.