ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Standartlaşdırma İnstitutu ilə PGM Layihə Müfəttişliyi Mühəndisliyi və Keyfiyyətə Nəzarət Xidmətləri Sənaye Ticarət Limited Şirkəti arasında anlaşma memorandumu imzalanmışdır.
21 Oktyabr, 2021

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və PGM Layihə Müfəttişliyi Mühəndisliyi və Keyfiyyətə Nəzarət Xidmətləri Sənaye Ticarət Limited Şirkəti arasında keyfiyyətin inkişafı baxımından ekspert dəstəyi vermək, birlikdə sertifikatlaşdırma xidmətləri yerinə yetirmək və Azərbaycanda standartları təkmilləşdirmək və PGM-in fəaliyyət sahəsinə daxil olan mövzularda seminarlar və təlimləri təşkil etmək üzrə 21 oktyabr 2021-ci il tarixdə anlaşma memorandumu imzalanmışdır. Bu Memorandumun məqsədi birgə əməkdaşlıq yolu ilə göstərilən istiqamətlər üzrə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yerli və xarici, dövlət və özəl təşkilat və qurumların fəaliyyətinin əlaqələndirilməsi, onların iş və fəaliyyətlərinin təkmilləşdirilməsi və yaxşılaşdırılması, həmçinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artırılması üçün davamlı inkişafa yardım etməkdən ibarətdir.

 

 

Tarix:

21 Oktyabr, 2021