Aprel ayının 28-də Azərbaycan Standartlaşdırma İnstitutu və STP MMC-nin törəmə şirkətlərinin rəhbərliyi arasında görüş keçirilmişdir.
Görüş STP Şirkətlərinin (zavodlar) standartlaşdırma baxımından tələbləri və maraq doğuran istiqamətlər, habelə əməkdaşlıq perspektivləri haqda müzakirələr aparmaq məqsədi daşıyıb. Görüş zamanı idarəçilik, məhsul/xidmətlərin sertifikatlaşdırılması, sertifikat alınması prosesinin optimallaşdırılması və hər iki qurumun qarşılıqlı olaraq bir-birinin laboratoriya avadanlıqlarından istifadə etməsi kimi nöqtələrdə əməkdaşlıq imkanının olduğu səsləndirilmişdir.
Geniş müzakirələrdən sonra hər iki tərəf sənayenin inkişafı baxımından təşkilatların sıx əməkdaşlığına ehtiyac olduğunu vurğulayıblar. Görüşün nəticəsi olaraq yaxın gələcəkdə memorandum imzalanması və daha sonra işçi qruplar yaradaraq müəyyən hədəflər istiqamətində əməkdaşlığın davam edilməsi qərara alınmışdır.
Bu əməkdaşlıq beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırmaya dəstək verməklə Azərbaycan şirkətlərinin ixrac potensialının inkişafına töhfə verə biləcək.