ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türk Standartları İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
15 Yanvar, 2021

Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türk Standartları İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

2019-cu ilin 16 sentyabr tarixində Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu və sənədə əlavə kimi qəbul edilmiş iki ölkə arasında iqtisadi əməkdaşlığa dair Fəaliyyət Planının 34-cü bəndində Türk Standartları İnstitutu (TSE) ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) arasında yeni sazişin imzalanması nəzərdə tutulmuşdur.

Bəndin icrasını təmin etmək məqsədi ilə Türk Standartları İnstitutu ilə Azərbaycan Standartlaşdırma İnstitutunun birgə fəaliyyəti nəticəsində 13 yanvar 2021-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və  Türk Standartları İnstitutu (TSE) arasında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumun məqsədi tərəflərin bir-birinin təcrübələrindən faydalanmaq və qarşılıqlı ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.),  təlim və digər sahələrdə tərəflər arasındakı ikitərəfli əməkdaşlığı gücləndirməkdir.

Tarix:

15 Yanvar, 2021