Azərbaycan Standartlaşdırma İnstitutu dövlət standartlarının hazırlanması üçün ekspert bazasının formalaşdırmaq məqsədilə ekspertləri standartlaşdırma işinə cəlb edir. Seçiləcək namizədlər sərbəst iş qrafiki ilə mülki-hüquqi müqavilə əsasında müvafiq sahələr üzrə dövlət standartların hazırlanması üzrə xidmətlərin göstərilməsi fəaliyyətinə cəlb ediləcək.
Namizəd üçün tələblər
Təhsil: Ali (standartlaşdırma, metrologiya və sertifkatlaşdırma, aqrar, qida mühəndisliyi, neft və kimya, energetika, elektrotexnika, informasiya texnologiyaları, ekologiya və ətraf mühitin idarəedilməsi, tikinti, nəqliyyat, maşınqayırma texnologiyası, yüngül sənaye, tibb, əmək mühafizəsi, turizm və digər sahələr üzrə);
Qeyd olunan istiqamətlərin hər biri üzrə ekspertlər bazasının formalaşdırılması üçün namizədlər tələb olunur.
İş təcrübəsi: Standartlaşdırma sahəsi üzrə azı 2 il iş təcrübəsi (standartlaşdırma üzrə müvafiq Texniki Komitələrin üzvü, dövlət qurumlarında və ya özəl sektorda standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyətə nəzarət, sınaq laboartaroyaları, elm, təhsil və tədris müəssislərində iş təcrübəsi);
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), rus dili (ən azı orta səviyyədə)
İngilis dili səviyyəsinə dair müvafiq sertifikatın təqdim olnuması arzu olunandır.
Kompüter bilikləri: Windows OS, Microsoft Office;
Arzu olunan digər tələblər: İxtisas üzrə yüksək biliyə malik, təhlil bacarıqları, məsuliyyət, təşəbbüskarlıq, dəqiqlik, qərəzsizlik, vaxtın düzgün idarəedilməsi.
İş yeri haqqında
Təşkilat: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu
İş saatı: Sərbəst iş qrafiki (Freelancer)
Əmək haqqı: Mülki-hüquqi xidmət müqaviləsi əsasında razılaşma yolu ilə.
Uyğun namizədlərdən CV-ni mövzu yerində “Standartlaşdırma üzrə ekspert” qeyd etməklə hr@azstand.gov.az email ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.