“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi personalının sertifikatlaşdırma prosesini daha da yüksək səviyyədə həyata keçirməsi, bu sahədə peşəkarlığını və səriştəliliyini artırmaq məqsədilə İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı üzrə təlim keçirmişdir.
Təlimdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Uyğunluğun Qiymətləndirilməsi departamentinin 15 nəfər ekspert- auditorları iştirak etmiş və keyfiyyəti idarəetmə sahəsində öz bilik və peşəkarlıqlarını artırmışdır. Sonda təlimin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.