ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XIII Məzun-Karyera Sərgisində iştirak edib
19 Dekabr, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XIII Məzun-Karyera Sərgisində  iştirak edib.

Sərgidə ümumilikdə 90 dövlət qurumu və özəl şirkət iştirak edib. Qeyd edək ki, AZSTAND tərəfindən tələbə və məzunlara sərgidə müxtəlif vakant iş yerləri təklif olunub. Standartlaşdırma və Uyğunluğun qiymətləndirilməsi departamentlərinin və İnsan resursları və kadrlarla iş sektorunun əməkdaşları tərəfindən sərgidə iştirak edən şəxslərə AZSTAND-ın fəaliyyət istiqamətləri, mövcud işəqəbul qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Sərgi zamanı AZSTAND-ın əməkdaşlarına tələbə və məzunlar tərəfindən işə qəbul ilə bağlı 51 CV təqdim olunub. İnstitutun tədbirdə iştirak etməsinin əsas məqsədi gənclərin məşğulluğunun təmin edilməsi olmuşdur.

 

 

 

Tarix:

19 Dekabr, 2022