11 aprel 2022-ci il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin rəhbərliyi və əməkdaşları ilə Almaniya Metrologiya İnstitutunun (Fiziki-Texniki İnstitut – PTB) ekspertləri arasında görüş keçirilib.
Görüş “Şərq Tərəfdaşlığında ticarətin genişləndirilməsi üçün keyfiyyət standartları” adlı planlaşdırılan layihəyə həsr olunub. Görüş zamanı sözügedən layihənin imkanlarından, ölkədə keyfiyyət infrastrukturunun rolunu gücləndirməsindən, standartlaşdırma sahəsində yerli qanunvericilikdən ətraflı müzakirələr aparılıb.
Görüşün sonunda PTB və AZSTAND arasında sıx əməkdaşdlıq haqqında fikir mübadiləsi aparılıb.