25 fevral 2022-ci il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) və Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) əməkdaşları arasında onlayn video-görüş keçirilib.
Görüş “İnkişaf Etməkdə olan Ölkələr üçün Nəzərdə Tutulmuş Proqram” (Affiliate Country Program) çərçivəsində təşkil olunmuşdur. Görüş zamanı sözügedən proqramın imkanlarından, IEC beynəlxalq standartlarını sifariş etmək və qəbul etmək prosedurlarından ətraflı müzakirələr aparılmışdır.
Görüşün sonunda IEC və AZSTAND arasında sıx əməkdaşdlıq haqqında fikir mübadiləsi aparılmışdır.