Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində müəyyən edilmiş əsas prioritetlərdən biri də yüksək keyfiyyətli, rəqabətə davamlı, beynəlxalq standartlara cavab verən məhsullarının istehsalı, dünya bazarına çıxarılması və bununla da ixrac potensialının gücləndirilməsidir. Bu istiqamətdə qəbul edilmiş proqramlar, dəstək mexanizmləri və reallaşdırılan dövlət layihələri gözlənilən nəticələrin əldə edilməsinə imkan yaratmışdır.
Məlum olduğu kimi, beynəlxalq bazalara çıxış üçün ixrac məhsullarının müvafiq təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması, eləcədə beynəlxalq ticarətin prinsiplərinə və zəruri sənədlərlə müşayiət edilməsi əsas şərtlərdəndir.
“İmprotex İndustries” MMC-nin istehsalı etdiyi və yüksək ixrac potensialı olan nəqliyyat vasitələrinin (yük daşımaları üçün nəzərdə tutulan yarımqoşqular) beynəlxalq bazarda satışı üçün şirkətə Avtomobil istehsalçılarının beynəlxalq eyniləşdirmə kodunun verilməsi tələb kimi irəli surülümüşdü.
Bununla əlaqədar, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən beynəlxalq standartlar əsasında AZS İSO 3780 (“Yol nəqliyyatı-İstehsalçının beynəlxalq eyniləşdirmə (WMİ) kodu”) və AZS İSO 3779 (“Avtomobillərin eyniləşdirilmə nömrəsi (VİN)-Tərkibi və strukturu”) milli standartları qəbul edilmişdir.
Eyni zamanda, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) Amerikada yerləşən Avtomobil Mühəndislər Cəmiyyətinə (Society of Automative Engineers- SAE) üzvlüyü təmin edilmiş və İnstitut Azərbaycan Respublikasında avtomobil istehsalçılarının beynəlxalq eyniləşdirmə kodlarının (WMİ) verilməsi üzrə beynəlxalq səviyyədə rəsmi qurum kimi tanınmışdır.
Bu gün ölkəmizdə ilk dəfə olaraq, AZSTAND tərəfindən “Avtomobillərin eyniləşdirmə nömrəsi”nin (VİN) tərkib hissəsi olan "Avtomobil istehsalçılarının beynəlxalq eyniləşdirmə kodu" (WMİ) müxtəlif təyinatlı texnikaların və üst qurğuların istehsalını həyata keçirən “İmprotex İndustries” MMC-yə təqdim edilmişdir.