ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ və Britaniya Standartlar İnstitutu arasında müqavilə imzalanmışdır.
16 Mart, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) və Britaniya Standartlar İnstitutu (BSI) arasında standartlaşma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, AZSTAND Azərbaycan Respublikasının Milli Standartlaşdırma Qurumu olaraq ölkə ərazisində Britaniya standartlarının rəsmi nəşrlərinin yayımını təşkil etmək və tətbiqinə icazə  vermək hüququna malikdir. Britaniya standartlarını artıq AZSTAND-dan əldə etmək mümkün olacaq, eyni zamanda ölkəmizdə standartlaşdırma fəaliyyətinin və keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə töhfə verəcəkdir.

Qeyd edək ki, BSİ standartlaşdırma və sertifikatlaşdırma sahələrində çox nüfuzlu və qədim təşkilatlardan biridir və hazırda dünyada müasir standartların, təlimlərin, sertifikatlaşdırmanın inkişafına təkan verən qlobal bir təşkilat kimi fəaliyyət göstərir.

 

Tarix:

16 Mart, 2022