Hazırda ölkə iqtisadiyyatında baş vermiş köklü dəyişikliklər iqtisadiyyatın davamlı inkişafına, bütün sahələrin bazar münasibətlərinə keçməsinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Lakin dünya bazarında rəqabətin daha da sərtləşməsi, satış bazarlarının beynəlmiləlləşməsi, yeni texnologiyaların təsiri, strateji resursların çatışmazlığı, əksər bazar seqmentlərinin əmtəə ilə dolması, valyuta prioritetlərinin genişlənməsi, bir çox müəssisələrin mütərəqqi-marketinq konsepsiyalarını reallaşdırması beynəlxalq standartların tələblərinin öyrənilməsini və onun idarəetmə sisteminə tətbiqini aktuallaşdırır. Odur ki, inkişaf etmiş ölkələrin müəssisə və təşkilatlarının idarəetmə sisteminə beynəlxalq standartların tətbiqinin qabaqcıl təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəindən həyata keçirilən fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, sərf olunan resursların (insan, maliyyət) optimallaşdırılması, əməyin məhsuldarlığının artırılması, İnnstitutun fəaliyyətinə dövlət, hüquqi və fiziki şəxslərin etibarlığının artırılması və güclü kadr potensialının formalaşdırılması məqsədi ilə İnstitutun Təlim-Tədris Mərkəzi – İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı tərəfindən 09-11 dekabr və 14-15 dekabr 2020-ci il tarixlərində İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” mövzusu üzrə İnstitutun əməkdaşlarına təlim keçirilmişdir. İnstitutun distant olaraq işləyən əməkdaşları da onlayın formatda təlimlərdə iştirak etmişdir.
Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.