ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb
27 İyul, 2023

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSl) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. 
Müqaviləyə əsasən, milli standartlaşdırma qurumu olan AZSTAND ölkə ərazisində ETSI standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib. 
ETSI standartlarının tətbiqi informasiya-kommunikasiya sahəsində qabaqcıl texnologiyalara, o cümlədən mobil rabitə, mobil radio və smart kart tipli sistemlərin tələblərinin formalaşmasına töhfə verəcək.
-------------------------------------------------------------------------------
Qeyd: ETSI 1988-ci ildə Avropa Poçt və Telekommunikasiya Təşkilatı (CEPT) tərəfindən təsis edilib və rəsmi olaraq Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) tərəfindən tanınıb. Hazırda ETSI tərəfindən nəşr edilmiş standartların sayı 30.000-dən çoxdur.
ETSI-nin Avropa İttifaqı ölkələri də daxil olmaqla 65 ölkədən 900-dən çox üzvü var.

Tarix:

27 İyul, 2023