ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Standartlaşdırma İnstitutunda 10-14 fevral 2020-ci il tarixlərini əhatə edəcək İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” mövzusunda təlim keçirilir.
11 Fevral, 2020

    Hazırda ölkə iqtisadiyyatında baş ver­miş köklü dəyişikliklər, iqtisadiyyatın davamlı inkişafına, bütün sahələrin ba­zar münasibətlərinə keçməsinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Lakin dünya bazarında rəqabətin daha da sərtləşməsi, satış ba­zar­la­rı­nın beynəlmiləlləşməsi, yeni texnologiyaların tə­siri, strateji resursların ça­tışmazlığı, əksər bazar seqment­lə­ri­nin əmtəə ilə dolması, valyuta pri­oritetlərinin genişlənməsi, bir çox müəssisələrin mütərəqqi-mar­ke­tinq konsepsiyalarını real­laş­dırması beynəlxalq standartların tələblərinin öyrənilməsini və onun idarəetmə sisteminə tətbiqini aktuallaşdırır. Odur ki, inkişaf etmiş ölkələrin müəssisə və təşkilatlarının idarəetmə sisteminə beynəlxalq standartların tətbiqinin qabaqcıl təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

   “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-Tədris Mərkəzi–İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı 10-14 fevral 2020-ci il tarixlərini əhatə edəcək İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” mövzusunda təlimlər keçirilir.

    Beynəlxalq standartların(İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına,korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir. 

    Təlimlər Beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təlim proqramı əsasında Azərbaycan Standartlaşdırma İnstitutunun peşəkar təlimçi-müəllim heyəti tərəfindən aparılır.

     Təlimlərin nəticələrinə əsasən verilən sertifikatlar Ingiltərədə Beynəlxalq  “İRCA”  təşkilatında qeydiyyata alınmışdır.

Tarix:

11 Fevral, 2020