Cari ilin oktyabr ayında “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatı dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində ölkənin ali tədris müəssisələrinin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” və biznes dairələrinin nümayəndələri üçün “Azərbaycanda hasilat sənayesinin inkişafında standartlaşdırmanın rolu” mövzusunda təlimlər keçirilmişdir.
Təlimlərdə Azərbaycanda keyfiyyət infrastrukturu sahəsində son illərdə aparılan islahatlar, qanunvericilik və institusional dəyşikliklərin iqtisadi inkişafda rolu və bu sektorun perspektiv inkişaf istiqamətləri barədə məlumatlar verilmiş, suallar ətrafında müzakirələr aparılmışdır.
Təlimlərdə eyni zamada, ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, qurumun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fəridə Bəşirova layihənin məqsədi, müzakirəyə çıxarılan mövzunun aktuallığı, Azərbaycan Standartlaşdırma İnstitutunun əsas fəaliyyət istiqamətləri, hüquqi bazası, prinsipləri, istər beynəlxalq, istər avropa standartlarının Azərbaycanda qəbulu və tətbiqi ilə bağlı mövcud durum, Texniki Komitələrin yaradılması və fəaliyyətlərinin əlaqələndirilməsi, xüsusilə də yeni “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanun layihələri ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.
Bu cür təlimlərin gələcəkdə də mütəmmadi əsasda keçirilməsi ölkədə həm biznes infrastrukturlarına texniki dəstək və gənc kadrların hazırlanması baxımından çox əhəmiyətli olacağı ifadə edilmişdir.