Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsis ediləcək “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə texniki komitənin üzvü seçilməklə fəaliyyətində iştirak üçün musiqi və musiqi alətləri sahəsi üzrə bilik və təcrübəyə malik şəxslər dəvət olunur.
Texniki Komitənin fəaliyyət istiqaməti xalq çalğı alətləri, musiqi alətləri, onların istehsalında istifadə olunan materiallar və akustika sahəsində dövlət standartlarının işlənib hazırlanması, müvafiq sahə üzrə beynəlxalq, dövlətlərarası, regional və xarici dövlətlərin standartlarının ölkə ərazisində tətbiqi üzrə rəy və təkliflərin bildirilməsindən ibarətdir.
Qeyd edək ki, Texniki Komitə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur.
Əlaqəli şəxs: Sehranə Rzayeva – email: sehrana.rzayeva@azstand.gov.az
Tel: +99412 5149603 (daxili 113)