Dövlət standartlarının işlənilib hazırlanması standartlaşdırma üzrə texniki komitələr vasitəsilə həyata keçirilir. Standart layihəsi hazırlandıqdan sonra ictimai müzakirə məqsədilə 60 gün müddətinə milli standartlaşdırma qurumu - Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi internet saytına yerləşdirilir. Sayt istifadəçiləri “müraciət edin” bölməsi vasitəsilə dövlət standartının layihəsi barədə öz rəylərini təqdim edə bilərlər.
Müvafiq texniki komitəyə daxil olan rəylərə ən geci 1 (bir) ay müddətində baxılır və rəylər nəzərə alınmadıqda, rəy müəllifinə bu barədə əsaslandırılmış məlumat verilir.
Bütün maraqlı tərəflərin layihə üzrə razılığı əldə edildikdən və nəzərə alınmamış rəylərlə əlaqədar rəy müəlliflərinə məlumat verildikdən sonra dövlət standartı layihəsi müvafiq texniki komitədə müzakirə olunur və konsensus əsasında qəbul olunur. Daha sonra standartın qəbul olunması üçün sənədlər toplusu tərtib edilərək milli standartlaşdırma qurumuna göndərilir.
İctimai müzakirədə iştirak üçün: azstand.gov.az/az/standartlarin-layiheleri