ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycanda «Ekoloji təmiz kənd təsərrüfatı məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 31) yaradılıb
21 Yanvar, 2021

Azərbaycan Standartlaşdırma İnstitutunun 18 yanvar 2021-ci il tarixli 212323400004 saylı əmri ilə «Ekoloji təmiz kənd təsərrüfatı məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 31) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emal, saxlanılması, daşınması üzrə beynəlxalq standartlar əsasında yeni standartların işlənib hazırlanması, ekspertizası, dəyişiklik edilməsi, mövcud standartlara yenidən baxılması prosesini həyata keçirməkdən və həmçinin, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

«Ekoloji təmiz kənd təsərrüfatı məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 31) sədrliyi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs həyata keçirəcəkdir.

AZSTAND/TK 31-in strukturuna Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti, “AqriBioEkoTex” MMC, “AsenaKo” MMC, “Jaliar” MMC daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

21 Yanvar, 2021