ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycanda “Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 30) yaradılıb
22 Sentyabr, 2020

Azərbaycan Standartlaşdırma İnstitutunun 21 sentyabr 2020-ci il tarixli 202323400066 saylı əmri ilə “Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 30) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd taxıl və taxıl məhsullarının istehsalı, emal, saxlanılması, daşınması üzrə beynəlxalq standartlar əsasında yeni standartların işlənib hazırlanması, ekspertizası, dəyişiklik edilməsi, mövcud standartlara yenidən baxılması prosesini həyata keçirməkdən və həmçinin, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 30) sədrliyi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs həyata keçirəcəkdir.

AZSTAND/TK 30-un strukturuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

22 Sentyabr, 2020