Azərbaycan Standartlaşdırma İnstitutunun “22” iyun 2020-ci il tarixli 202323400040 saylı əmri ilə İnstitutun bazasında “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08 ) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri sahəsində dövlət standartlarının layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.
Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 08 ) sədrliyi Azərbaycan Standartlaşdırma İnstitutu həyata keçirəcəkdir. AZSTAND/TK 08-in strukturuna Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Akkreditasiya Mərkəzi və s. dövlət qurumları və “Societe Generale De Surveillance Azeri (SGS) LTD”, "Büro Veritas Azəri" , “Moody International Ltd” ,“İNTERTEK AZERİ LTD” kimi qeyri-dövlət təşkilatları daxildir.