ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycanda “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 08 ) yaradılıb
29 İyun, 2020

Azərbaycan Standartlaşdırma İnstitutunun  “22” iyun  2020-ci il tarixli  202323400040  saylı əmri ilə İnstitutun  bazasında “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08 ) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd uyğunluğun qiymətləndiriliməsi və idarəetmə sistemləri sahəsində dövlət standartlarının layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından, eyni zamanda  müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 08 ) sədrliyi  Azərbaycan Standartlaşdırma İnstitutu həyata keçirəcəkdir. AZSTAND/TK 08-in strukturuna Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Azərbaycan Akkreditasiya Mərkəzi və s. dövlət qurumları  və “Societe Generale De Surveillance Azeri (SGS) LTD”,  "Büro Veritas Azəri" , “Moody International Ltd” ,“İNTERTEK AZERİ LTD”  kimi qeyri-dövlət təşkilatları daxildir.

Tarix:

29 İyun, 2020