ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Azərpoçt” MMC ISO 9001:2015 beynəlxalq standartı üzrə sertifikatlaşdırılıb
17 Fevral, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-yə ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” beynəlxalq sertifikatı rəsmi qaydada təqdim olunub.

Belə ki, AZSTAND-ın İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən həyata keçirilmiş audit nəticələrinə əsasən, “Azərpoçt” MMC-nin göstərdiyi poçt xidmətlərinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təşkili təsdiq edilib.

Bundan əlavə, iki qurum arasında sertifikasiya prosesi və nəticələrinə həsr olunmuş görüş keçirilib. Bu çərçivədə keyfiyyətin idarə olunması və qarşıdakı dövrü əhatə edən sertifikasiya proqramlarına dair müzakirələr aparılıb, əməkdaşlıq perspektivləri və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

 

 

 

Tarix:

17 Fevral, 2026