ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Azərsu” ASC-yə AZS İSO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi.Tələblər” standartı əsasında uyğunluq sertifikatı təqdim olunub.
27 İyun, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) ekspert-auditorları tərəfindən "Azərsu" ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi 2 mərhələli sertifikatlaşdırma auditi keçirilib.

Audit  “Azərsu” ASC-də tətbiq olunan AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi.Tələblər” standartının müvafiq tələblərə uyğunluğunu yoxlamaq məqsədilə aparılıb.

Keçirilən auditin nəticələrinə əsasən 20 iyun 2024-cü il tarixində “Azərsu” ASC-yə AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı üzrə uyğunluq sertifikatı təqdim edilib.

Sertifikat “Azərsu” ASC-də qanunların və normativ sənədlərinin tətbiqini təmin etmək, riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamağın mümkünlüyünü təsdiq edir.

 

Tarix:

27 İyun, 2024