Ölkədə istehsal olunan mülayim və soyuq iqlim şəraitinə malik neft yataqlarındakı quyuların istismarı üçün nəzərdə tutulmuş ştanqlı quyu nasoslarının keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə AZS 012:2021 “Ştanqlı quyu nasosları. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilmişdir.
Sözügedən dövlət standartı “Neft-Mədən avadanlıqları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 35) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.
Yeni standart ştanqlı quyu nasoslarının tipi və əsas ölçülərini, texniki tələblərini, markalanmasını, qablaşdırılmasını, təhlükəsizlik tələblərini, ətraf mühitin mühafizə tələblərini, qəbul qaydalarını, nəzarət metodlarını, nəqletmə və saxlanmaya dair tələbləri müəyyən edir.