“Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) tərəfindən AZS 093-2003 “Xəzər deemulqatoru. Texniki şərtlər” dövlət standartının dövrü yoxlamasını aparılmış və sözügedən dövlət standartına dəyişiklik edilməsi təklifi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət etmişdir.
Təklif “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun 11-ci maddəsinə əsasən ekspertiza edilmişdir. AZS 093-2003 “Xəzər deemulqatoru. Texniki şərtlər” dövlət standartına təklif edilən 2 saylı dəyişiklik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 9 iyun 2021-ci il tarixli 212323400057 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 9 iyun 2021 -ci il müəyyən edilmişdir.