“Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) tərəfindən AZS 116-2004 “KO-20 markalı kerosin. Texniki şərtlər” və AZS 879-2019 “40/60 markalı yol bitumu. Texniki şərtlər” dövlət standartlarının dövri yoxlanılması aparılmışdır. Yoxlama nəticəsində məişətdə neft lampalarında, keroqazlarda və primuslarda istifadəsi nəzərdə tutulan KO-20 markalı işıqlandırıcı kerosin istehsal olunmadığı və AZS 116-2004 “KO-20 markalı kerosin. Texniki şərtlər” dövlət standartının aktuallığının itirildiyi aydın olmuşdur.
AZS 116-2004 “KO-20 markalı kerosin. Texniki şərtlər” dövlət standartının ləğv edilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev adına Neft Emalı Zavodu, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriliyinin Dövlət Yanğından Mühafizə Xidməti qurumları ilə razılaşdırılmış və AZS 116-2004 “KO-20 markalı kerosin. Texniki şərtlər” dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 13 avqust 2021-ci il tarixli 212323400073 saylı əmri ilə ləğv edilmişdir.
AZS 879-2019 “40/60 markalı yol bitumu. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması nəticəsində dəyişikliklər təsdiq edilmişdir.