“Tərəvəz toxum - əkin materiallarının yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınması”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26) AZS 171-2005 "Təzə keşniş. Texniki şərtlər” və AZS 168-2005 “Təzə göyərti. Qəbul qaydaları. Sınaq üsulları. Qablaşdırma, markalanma” dövlət standartlarının dövrü yoxlamasını aparıb və sözügedən dövlət standartlarına dəyişiklik edilməsi təklifi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət etmişdir.
Təklif “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun 11-ci maddəsinə əsasən ekspertiza edilmişdir. AZS 171-2005 "Təzə keşniş. Texniki şərtlər” və AZS 168-2005 “Təzə göyərti. Qəbul qaydaları. Sınaq üsulları. Qablaşdırma, markalanma” dövlət standartlarına edilən 1 saylı dəyişikliklər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 9 iyun 2021-ci il tarixli 212323400055 saylı əmri və 9 iyun 2021-ci il tarixli 212323400056 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 9 iyun 2021 -ci il müəyyən edilmişdir.