ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 175:2022 “Təzə göy soğan” yeni dövlət standartı qəbul edilib
11 Fevral, 2022

Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması sahəsi üzrə milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədilə AZS 175:2005 “Təzə göy soğan. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması keçirilib və bu dövlət standartının əvəzinə AZS 175:2022 “Təzə göy soğan” yeni dövlət standartı qəbul edilib.

Bu standart təzə göy soğan Allium cepa L növünün botaniki sortlarının təzə halda istehlakı üçün hazırlanmasına, tədarükünə və satışına şamil edilir.

Standartın layihəsi “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin bazasında təsis olunmuş "Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması"nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 26) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Tarix:

11 Fevral, 2022