ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 340-2009 “Maye piroliz məhsulları. Eksport üçün E tipli neft qətranları. Texniki şərtlər” dövlət standartı dövri yoxlamadan keçmişdir.
3 Avqust, 2021

2021-2023-cü illər üçün Milli standartlaşdırma proqramı əsasında “Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) AZS 340-2009 “Maye piroliz məhsulları. Eksport üçün E tipli neft qətranları. Texniki şərtlər” dövlət standartının dövrü yoxlamasını aparıb və sözügedən dövlət standartına dəyişiklik edilməsi təklifi ilə Milli Standartlaşdırma Qurumuna müraciət etmişdir.

Xalq təsərrüfatının müxtəlif sahələrdə istifadə edilən neft qətranlarının keyfiyyət göstəricilərini əhatə edən bu standart üzrə təklif ekspertiza edilmiş və AZS 340-2009 “Maye piroliz məhsulları. Eksport üçün E tipli neft qətranları. Texniki şərtlər” dövlət standartına təklif edilən 1 saylı dəyişiklik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 27 iyul 2021-ci il tarixli 212323400069 saylı əmri ilə təsdiq edilmişdir.

Tarix:

3 Avqust, 2021