ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 444-2010 “Neft emalı müəssisələri üçün neft. Texniki şərtlər” və AZS 390-2010 “Neft yanacağı. Mazut 40. Texniki şərtlər” dövlət standartlarına dəyişikliklər təsdiq edilmişdir
18 May, 2021

“Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) AZS 444-2010 “Neft emalı müəssisələri üçün neft. Texniki şərtlər”  və AZS 390-2010 “Neft yanacağı. Mazut 40. Texniki şərtlər” dövlət standartlarının dövrü yoxlamasını aparıb və sözügedən dövlət standartlarına dəyişiklik edilməsi təklifi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət etmişdir.

Təklif “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun 11-ci maddəsinə əsasən ekspertiza edilmişdir. AZS 444-2010 “Neft emalı müəssisələri üçün neft. Texniki şərtlər” və AZS 390-2010 “Neft yanacağı. Mazut 40. Texniki şərtlər” dövlət standartlarına edilən 1 saylı dəyişikliklər  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 8 may 2021-ci il tarixli 212323400049 saylı əmri və 8 may 2021-ci il tarixli 212323400050 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 8 may 2021 -ci il müəyyən edilmişdir.

Tarix:

18 May, 2021