ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 877:2019 (ISO 7886-1) “İnyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartlarına 1 saylı dəyişiklik təsdiq edilmişdir.
20 May, 2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən  AZS 877:2019 (ISO 7886-1) “İnyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartına   dəyişiklik edilməsi təklifi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət edilmişdir.

AZS 877:2019 (ISO 7886-1) “İnyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartına    edilən 1 saylı dəyişiklik  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 17 may 2021-ci il tarixli 212323400052 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 17 may 2021 -ci il müəyyən edilmişdir.

Tarix:

20 May, 2021