ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 894:2021 “ Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı təsdiq edilmişdir
20 May, 2021

Səfərbərlik və dövlət ehtiyatlarının mövcud vəziyyətinin müəyyən edilməsi, idarə edilməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və tədbirlərin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə yaradılmış Komissiyanın ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının müzakirəsi məqsədi ilə 2020-ci ilin 25 iyul tarixində videokonfrans formatında keçirilmiş müşavirəsinin Protokolundan  irəli gələrək Azərbaycan Standartlaşdırma İnstitutunda yaradılan işçi qrup tərəfindən AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər”  dövlət standartının layihəsi işlənib hazırlanmış və “Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 30)  müzakirəyə çıxarılmışdır. 

AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət  standartı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu,  “Dəvəçi-Dəyirman” MMC və Toxum-əkin materiallarının standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-27) ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutunun 16 may 2021-ci il tarixli 212323400051 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi əmr təsdiq edildiyi gündən bir ay sonra müəyyən edilmişdir.

Sözügedən standart tərkibində ən çoxu 5%-ə qədər ərzaqlıq bərk buğda (Triticum durum Desf.) olan ərzaqlıq yumşaq buğdadan (Triticum aestivum L.) çörəkbişirmə sənayesi üçün istehsal olunan buğda ununa tətbiq edilir.

Tarix:

20 May, 2021