ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 896:2021 “Təzə patisson. Texniki şərtlər” dövlət standartı qəbul edildi.
2 İyul, 2021

Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması sahəsində beynəlxalq tələbləri özündə əks etdirən dövlət standartlarının işlənib hazırlanması məqsədi ilə AZS 896:2021  “Təzə patisson. Texniki şərtlər” dövlət standartının layihəsi işlənib hazırlanmış və “Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınması”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 26) müzakirəyə çıxarılmışdır.

AZS 896:2021 “Təzə patisson. Texniki şərtlər” dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun 29 iyun 2021-ci il tarixli 212323400060 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi əmr təsdiq edildiyi gündən müəyyən edilmişdir.

Tarix:

2 İyul, 2021