ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 912:2022 “Təbii bal. Texniki şərtlər” yeni dövlət standartı təsdiq edilib
6 İyun, 2022

Arıçılıq məhsulları üzrə müəyyən edilən tələblər beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, habelə digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanan AZS 912:2022 “Təbii bal. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Standart layihəsi Heyvandarlıq Elmi - Tədqiqat İnstitutu bazasında təsis olunmuş “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Təbii bala şamil olunan yeni standartın ölkə ərazisində tətbiqi bal arılarının nektardan, meyvə şirələrindən və çiçək tozcuğundan istifadə edərək emal etdikləri, birbaşa istehlak, satış, yeyinti sənayesində və xalq təsərrüfatının digər sahələrində istifadə üçün nəzərdə tutulmuş təbii balın keyfiyyətinin və orqanoleptiki göstəricilərinin yaxşılaşdırılması, istehlakçılarda balın keyfiyyətinə dair etibarın formalaşdırılmasına və keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərilməsinə eləcədə ölkə iqtisadiyyatının yüksəlməsinə zəmin yaratmış olacaq.

 

 

 

Tarix:

6 İyun, 2022