Ölkə ərazisində dovşanların yetişdirilməsi, onlara qulluq və dovşançılıq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması sahəsində beynəlxalq tələbləri özündə əks etdirən dövlət standartlarının işlənib hazırlanması məqsədilə AZS 917:2022 “Dovşanların yetişdirilməsi və onlara qulluq, dovşançılıq məhsulları. Termin və təriflər” dövlət standartı təsdiq edilib.
Standart layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.
Bu standart dovşanların yetişdirilməsi, saxlanılması və qulluğu və dovşançılıq məhsulları ilə bağlı termin və tərifləri müəyyən edir.