ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS ASTM D1319:2022 “Flüoressent indikator adsorbsiyası ilə neft məhsullarında karbohidrogenlərin növlərinin təyini üsulu” dövlət standartı qəbul edilib
12 Avqust, 2022

Respublika ərazisində çıxarılan Naftalan nefti və ondan alınan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin, həmçinin, karbohidrogenlərin növlərinə görə uyğunuluğunun təyin edilməsi və saxta məhsulların qarşısının alınması məqsədilə AZS ASTM D1319:2022 “Flüoressent indikator adsorbsiyası ilə neft məhsullarında karbohidrogenlərin növlərinin təyini üsulu” dövlət standartı qəbul edilib.

AZSTAND/TK 29 “Naftalan nefti və ondan alınan materiallar” texniki komitə tərəfindən təqdim edilən AZS ASTM D1319:2022 “Flüoressent indikator adsorbsiyası ilə neft məhsullarında karbohidrogenlərin növlərinin təyini üsulu” standart layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standart qaynama temperaturu 315 °C-dən aşağı olan neft fraksiyalarında aromatik karbohidrogenlərin, olefinlərin və doymuş karbohidrogenlərin təyininin sınaq üsulunu əhatə edir. Müəssisə və təşkilatların neft sınaq laboratoriyaları bu standartın potensial istifadəçiləridir.

 

 

Tarix:

12 Avqust, 2022