Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və ölkədə qüvvədə olan idarəetmə sistemləri sahəsində normativ sənədlərin yenilənməsi məqsədi ilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standart əsasında AZS ISO 17020:2021 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” dövlət standartının layihəsi işlənib hazırlanmışdır. Dövlət standartının layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK08) müzakirəyə çıxarılmışdır.
Qəbul olunmuş yeni dövlət standartları Azərbaycan Standartlaşdırma İnstitutunun 212323400015 saylı 26 fevral 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş və qüvvəyə minmişdir.
AZS ISO 17020:2021 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” dövlət standartı inspeksiyaları həyata keçirən orqanların səriştəsinə, inspeksiya üzrə fəaliyyətinin qərəzsizlik və ardıcıllığına dair tələblər müəyyənləşdirilir.